Moody's "Bank Respublika"nın stresə davamlılığını qeyd edib


Digərləri 01 Apr 2020 12:50:00 116 0

Moody's "Bank Respublika"nın stresə davamlılığını qeyd edib

Moody's beynəlxalq reytinq agentliyi "Bank Respublika"nın uzunmüddətli kredit reytinqini "B3" səviyyəsində təsdiqləyib, bu isə, ölkə bankları arasında olan ən yüksək reytinqlərdən biridir.

Reytinqin təsdiq olunması bankın böyük likvidliyi, kredit risklərinin yüksək təhlil standartları, kredit portfelinin dollarlaşmasının aşağı səviyyədə olması və stresə davamlılığın yaxşı olması ilə bağlıdır.

Moody's bankın korporativ idarəetmə ilə bağlı narahatlığının olmadığını qeyd edib, bu isə öz növbəsində bir çox banklar üçün risklərin qiymətləndirməsində əsas faktordur.

Koronavirusun yayılması və neftin qiymətinin aşağı düşməsi ilə yaranan xarici iqtisadi təzyiq, Bankın reytinqi ilə bağlı proqnozun "pozitivdən"dən "neqativ"ə  dəyişməsinə səbəb olub.