Temperatur düşür


Digərləri 01 Apr 2020 12:28:20 112 0

Temperatur düşür

Aprelin 2-də gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən xəbərə görə, aprelin 2-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.  

Havanın temperaturu  gecə 8-11° isti, gündüz  13-16° isti, Bakıda  gecə 8-10° isti, gündüz 13-15° isti olacaq. Atmosfer  təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.  

Azərbaycanın rayonlarında  arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər  saatlarında  duman olacaq. Şərq  küləyi gündüz qərb küləyi ilə əvəz olunacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 6-10° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək  isti, gündüz 4-8° isti olacaq.