"Aptek və marketə getmək zərurətiniz yoxdursa, küçələrə çıxmayın" VİDEO


Şou-biznes 01 Apr 2020 12:08:00 174 0

"Aptek və marketə getmək zərurətiniz yoxdursa, küçələrə çıxmayın"  VİDEO

Müğənni Rəşad İlyasov xüsusi karantin rejimi ilə bağlı vətəndaşları evdə qalmağa səsləyib.

Son.az bildirir ki, bu barədə Trend-ə açıqlama verən müğənni bildirib ki, koronavirusdan qorunmaq üçün vətəndaşlar ehtiyatlı olmalı, xüsusi karantin rejimi qaydalarına əməl etməlidirlər:

"Hazırda çox çətin anlar yaşayırıq. Dünyanı cənginə alan koronavirus, Azərbaycandan da yan keçmədi. Şükürlər olsun ki, hələlik Azərbaycanda bu virus pandemiya həddinə çatmayıb. Nəticələr normaldır. Amma bu nəticələri daha da minimuma endirmək üçün sizdən artıq dərəcədə xahiş edirəm ki, evdə qalın. Xüsusi karantin rejiminin qaydalarına əməl edək, bir-birimizdən təcrid olunaq. Zəruri ehtiyac olmadığı təqdirdə küçəyə çıxmayaq. Aptek və marketə getmək zərurətiniz yoxdursa, küçələrə çıxmayın. Şəxsən mən evdə otururam, vaxtımı evdə keçirirəm. Sizə də tövsiyə edirəm ki, evdə qalın, küçələrə çıxmayın və gigiyenik qaydalara əməl edin. İnanıram ki, bu qaydalara əməl etsək, hər şey yaxşı olacaq".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.