Azərbaycanda “WhatsApp” mübahisəsi qanla bitdi: “Söhbətə çağırılan” gənc ürəyindən bıçaqlandı


Kriminal 01 Apr 2020 11:13:00 113 0

Azərbaycanda “WhatsApp” mübahisəsi qanla bitdi: “Söhbətə çağırılan” gənc ürəyindən bıçaqlandı

Gəncədə adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. 

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, martın 31-də saat 17 radələrində Gəncə şəhər sakini 18 yaşlı Anar Əliyev qarnının və ürəyinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilib.

Bununla bağlı Gəncə şəhər Kəpəz Rayon Polis idarəsinə daxil olan məlumatla əlaqədar dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. 

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini 17 yaşlı İ.Allahverdiyev saxlanılıb. İlkin araşdırmalar zamanı hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi müəyyən olunub.