“Hələ ki, koronavirusa qarşı hər hansı dərman tapılmayıb”


Digərləri 01 Apr 2020 11:08:00 122 0

“Hələ ki, koronavirusa qarşı hər hansı dərman tapılmayıb”

Hələ ki, koronavirusa qarşı hər hansı dərman və ya vaksin tapılmayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı REAL TV-ə müsahibəsində deyib. O bildirib ki, hazırda yeni virusa qarşı vaksinin tapılması üçün dünyanın bir çox yerində fəaliyyət göstərən xəstəxanalarda araşdırmalar aparılır:

"Gözəl xəbər odur ki, bir neçə ümidverici dərmanların olduğu görünür. Bu dərmanların işə yarayıb-yaramadığını bilmək üçün bir neçə dəfə testlər aparılmalıdır. Daha sonra bilməliyik ki, dərman ölüm sayını, simptomları, yoxsa xəstəliyin gedişat sürətini azaldır. Hazırda bütün bunlara qarşı bir dərman yoxdur. 

Biz özümüz də müxtəlif dərman preparatlarını sınayaraq ən yaxşısını tapmağa çalışacağıq. Vaksinin tapılması üçün daha uzun müddət lazımdır. Tapılma müddətinin 12-18 aya kimi uzana biləcəyini deyirlər. Ancaq dərman daha tez bir zamanda tapıla bilər. Bir neçə aya ilk nəticələri ala bilərik"