Gürcüstanın baş infeksionistinin oğlu koronavirusdan sağaldı


Sosial 01 Apr 2020 10:30:44 101 0

Gürcüstanın baş infeksionistinin oğlu koronavirusdan sağaldı

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş infeksionist Amiran Qamkrelidzenin oğlu Nikoloz Qamkrelidze koronavirusdan sağalıb.

Nikoloz Qamkrelidze

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş infeksionist Amiran Qamkrelidzenin oğlu Nikoloz Qamkrelidze koronavirusdan sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində bildirib.

N.Qamkrelidze xəstəxananı tərk etdiyini və özünütəcriddə qalacağını yazıb.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda 115 nəfər koronavirusa yoluxub ki, onların 22-si sağalıb.