Brent markalı neft ucuzlaşıb, WTI isə bahalaşıb


Digərləri 01 Apr 2020 09:15:00 98 0

Brent markalı neft ucuzlaşıb, WTI isə bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri 2,05% azalaraq 1 barelə görə 25,82 dollar təşkil edib.

Son.az-ın APA-ya istinadən məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,10% artaraq 20,50 dollar təşkil edib.