Ferrara şəhərinin sakinlərində koronavirusa qarşı immunitet aşkarlanıb


Digərləri 01 Apr 2020 08:40:00 89 0

Ferrara şəhərinin sakinlərində koronavirusa qarşı immunitet aşkarlanıb

İtaliyanın Ferrara və ətrafındakı ərazilərində yaşayan sakinlərində COVİD-19 virusuna qarşı immunitet aşkarlanıb.

Trend-in Lenta.ru-ya istinadən verdiyi məlumatına görə, bu barədə La Nuova Ferrara nəşri xəbər yayıb.

Belə ki, Emilia-Romanya əyalətində 14 mindən çox, Ferrarada isə cəmi 307 yeni növ koronavirusa yoluxan var. Bu məlumatları Mülki Müdafiə xidmətinin komissarı Serjio Venturi təsdiqləyib. Onun sözlərinə görə, digər əyalətlərlə müqayisədə Ferrara koronavirusa qarşı müqavimət göstərə bilir.

O qeyd edib ki, qonşu Bolonyada yoluxma halları müqaisə edilməz dərəcədə çoxdur.