Türk həkimlər koronavirusun müalicəsində İLKƏ İMZA ATDILAR


Digərləri 01 Apr 2020 08:12:00 129 0

Türk həkimlər koronavirusun müalicəsində İLKƏ İMZA ATDILAR

Türkiyə həkimləri koronavirus xəstələrinin müalicəsi üçün fərqli üsuldan istifadə edəcək.

Son.az xəbər verir ki, bu barədə Gaziantep Universitetinin rektoru, professor Ali Gür deyib.

A.Gür bildirib ki, onlar koronavirusdan sağalan xəstələrdən qan örnəkləri götürəcəklər: "Bu qan örnəklərindəki bakteriyaları və digər virusları təmizləyərək, koronavirus xəstələrinin müalicəsində istifadə edəcəyik. ABŞ bu üsuldan istifadə etməyə başlayıb. Lakin onlardan fərqli olaraq, biz toplanan qan örnəklərini əvvəlcə test edəcəyik və təmizlədikdən sonra xəstələrin üzərində istifadə edəcəyik".

Prorektor qeyd edib ki, bu proses rəhbərlik etdiyi universitetdə qurulacaq sistemlə həyata keçiriləcək.

"Bu sistem sayəsində biz xəstənin başqa virusa yoluxması təhlükəsini sıradan çıxaracağıq", - o bildirib.