Evdə qonaqlıq etməyin cəzası İki ay ev dustaqlığı


Dünya 01 Apr 2020 07:14:00 103 0

Evdə qonaqlıq etməyin cəzası  İki ay ev dustaqlığı

Türkiyə hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün həyata keçirdiyi tədbirləri bir qədər də sərtləşdirib.

Son.az yenisabah.az-a istinadən xəbər verir ki, gecə evində qonaqlıq edən 4 nəfər polis tərəfindən həbs edilib.

İstanbulun Böyükçəkməcə bölgəsində keçirilən əyləncəli mərasimin görüntüləri sosial şəbəkələrdə yayılandan sonra polis hərəkərə keçib. Mərasimin təşkilatçısı olan Elif K. və saxlanılan başqa 3 nəfərə iki ay ev dustaqlığı cəzası kəsilib. Qonaqlığa qatılan 7 nəfər isə müxtəlif məbləğlərdə cərimə olunub.