Britaniyalı ən qoca kişi kimi Ginnesin “Rekordlar” kitabına düşdü


Dünya 01 Apr 2020 03:33:54 138 0

Britaniyalı ən qoca kişi kimi Ginnesin “Rekordlar” kitabına düşdü

Britaniyalı Robert Ueyton dünyada qoca insan kimi tanınıb.

Britaniyalı Robert Ueyton dünyada qoca kişi kimi tanınıb.

Bu barədə “Report” Ginnesin“Rekordlar” kitabının saytına istinadən xəbər verir.

Qeyd edilir ki, Ueyton martın 29-da 112 yaşını qeyd edib.O, uşaqlıq illərində qızılca, göyöskürək kimi xəstəliklər keçirib, "ispan" epidemiyasını və iki Dünya müharibəsinin şahidi olub.

Habelə bir neçə dəfə cərrahi əməliyyat olunub.

Ueyton Böyük Britaniyaya köçənə qədər Kanadada və Tayvanda yaşayıb.