Rusiyada karantin rejiminin pozulmasına görə cinayət məsuliyyəti tətbiq edilir


Dünya 01 Apr 2020 02:30:00 124 0

Rusiyada karantin rejiminin pozulmasına görə cinayət məsuliyyəti tətbiq edilir

Rusiya Dövlət Duması koronavirusun yayılması ilə bağlı karantinin şərtlərinin pozulmasına görə cinayət məsuliyyətinin tətbiqi haqqında qanun layihəsini qəbul edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni qanuna əsasən, sanitariya-epidemioloji qaydaları pozanlar 50 min rubldan bir milyon rubladək cərimə oluna, yaxud 3 ilədək müddətə peşə sahəsində işləmək hüququndan və ya 3 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.

Əgər qanun pozuntusu insan ölümünə səbəb olarsa, yaxud kütləvi yoluxma təhlükəsi yaradarsa, bir milyon rubldan iki milyon rubladək cərimə, 5 il müddətinə peşəsi üzrə işləmək hüququndan məhrum edilmə, yaxud 5 il müddətinə həbs cəzası tətbiq oluna bilər. Qanunu pozaraq iki və daha artıq şəxsin ölümünə səbəb olan şəxsləri isə 7 ilədək həbs gözləyəcək.

Bilərəkdən qanunu pozaraq insan ölümünə səbəb olan şəxslərin hərəkətləri terrorizm, xuliqanlıq və diversiya kimi qiymətləndiriləcək və Rusiya Cinayət Məcəlləsinin maddələrinə uyğun cəzalandırılacaq.