Günün qoroskopu: işgüzar aktivliyiniz yüksəkdir


Digərləri 01 Apr 2020 00:01:00 142 0

Günün qoroskopu: işgüzar aktivliyiniz yüksəkdir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - siz çox tələsirsiniz, bu isə xoşagəlməz hadisələrə səbəb ola bilər. "Qatarın qabağında qaçmaq" sizə bu qədərmi adrenalin bəxş edir? Hadisələri sakitcə müşahidə etməklə qəti hərəkətlər üçün lazım olan anı düzgün təyin edə bilərsiniz. Sizin ən böyük düşmənləriniz - zəiflikləriniz və kaprizlərinizdir.

Buğa - əlbəttə, özünü sıxma-boğmaya salmaq o qədər də xoş deyil, amma getdikcə güclənən istəklərinizdən imtina etsəniz, çox yaxşı olar. Bu gün pəhriz saxlamaq, yaxud zərərli vərdişlərlə mübarizə sizə çətin olacaq. Səhhətinizə zərər vurmamağa çalışın.

Əkizlər - insanları anlamaq, həmçinin onları olduqları kimi qəbul etmək bacarığınız işinizə yarayacaq. Bu gün həm özünüz, həm də yaxınlarınız üçün çox faydalı işlər görəcək, ehtiyacı olana əl tutacaqsınız. Bunun əvəzini sizə artıqlaması ilə ödəyəcəklər. Kütləvi tədbirlərdə iştirak üçün münasib gündür. Bəzi Əkizlər siyasətdlə ilk addımlarını atmağa çalışacaqlar.   

Xərçəng - uğurlu gündür. İnsanlarla yaxşı anlaşır, özünüzü onların yerinə qoya bilirsiniz, bu isə işlərinizi irəlilətməyə sizə kömək edir. Sizin cəsur ideyalarınızı və yaradıcı planlarınızı dəstəkləməyə hazır olan köməkçiləriniz çoxdur. Xaricə səfərlər, əcnəbi iş ortaqları ilə görüşlər, əcnəbi dillərin öyrənilməsi üçün yaxşı gündür.

Şir - hansısa ailəvi planları, yaxud sevdiyiniz şəxslə gələcək həyatınızı müzakirə edə bilərsiniz.  Yaradıcı potensialınız aşıb-daşır. Fantaztiyalarınızı gerçəkləşdirməyə çalışın.

Qız - gün hadisələrlə doludur. Bunların əksəriyyəti isə sizin təşəbbüsünüzlə baş tutur. İnsanlarla asan dil tapır, öz dediyinizin üstündə durur və bu zaman təzyiqlə qarşılaşacağınızdan qorxmursunuz, çünki belə bir təzyiq heç yoxdur da. Həm işgüzar əlaqələrinizdə, həm də şəxsi həyatınızda təşəbbüs göstərin. İdeyalarınız uğurlu, perspektivləri yaxşıdır və bunu da hamı görür.

Tərəzi - hansısa ciddi, mürəkkəb və məsuliyyətli bir layihəyə başlaya bilərsiniz. İşi düzgün bölüşdürmək bacarığınız sayəsində yorğunluq hiss etməyəcəksiniz.