Adil Əliyev: Sosial paketlər hazırlanıb paylanana qədər imkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır


Digərləri 31 Mar 2020 23:51:00 217 0

Adil Əliyev: Sosial paketlər hazırlanıb paylanana qədər imkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır

Sosial paketlər hazırlanıb paylanana qədər imkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır.

Son.az Trend-ə istinadən bildirir ki,  bunu Milli Məclisin vitse-spikeri Adil Əliyev "Facebook" səhifəsində yazıb.

Vitse-spiker bütün vətəndaşları dövlətin rəsmi qərarlarını əməl etməyə dəvət edib:

"Hesab edirəm ki, əgər biz karantin vəziyyətinin aylarla uzanmasını istəmiriksə, bu günə qədər pandemiyadan canını tapşıranlarla kifayətlənmək istəyiriksə, onda hamılıqla "evdə qal" kampaniyasına qoşulmalıyıq. Sosial təcridetmənin, virusun qarşısını almaq üçün cəmiyyəti, insanları xilas etmək üçün ən doğru yollardan biri olduğunu nəzərə almalıyıq və əməl etməliyik".