İsraildə koronavirusdan ölənlərin sayı artıb


Dünya 31 Mar 2020 23:56:00 142 0

İsraildə koronavirusdan ölənlərin sayı artıb

İsraildə COVID-19 diaqnozu ilə həyatını itirən xəstələrin sayı 20-yə çatıb, indiyədək bu virusa yoluxanlar isə 5358 nəfərdir.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 5358 virus daşıyıcısından 94-nün vəziyyəti ağırdır, 20 nəfər ölüb, 224 nəfər isə sağalıb.