“Uşağın hərarəti qalxanda, təcili yardim çağırın, sahə həkimi yox”


Digərləri 31 Mar 2020 23:05:00 164 0

“Uşağın hərarəti qalxanda, təcili yardim çağırın, sahə həkimi yox”

Koronavirus səbəbi ilə insanlar istənilən qızdırmadan təşvişə düşərək, dərhal təcili yardım çağırır. Son günlər isə təcili yardima çağırışların sayı çox olduğundan, sahə üzrə briqadalar çatışmır. Valideynlər uşağın qızdırması olan kimi sahə pediatrını ya evə çağırır, ya da uşağı götürüb poliklinikaya üz tutur. Bu isə pandemiya qanunlarına görə yanlışdır. Son.az medicina.az-a istinadən bildirir ki, pediatr Aytən İsmayılova uşağın qızdırması qalxanda sahə həkiminin evə çağırılması əvəzinə təcili yardıma zəng etməyi tövsiyə edir. O, valideynləri xəbərdar edib.

" Sizə dedik axı!!! Dedik ki, uşağın hərarəti olanda Təciıi Tibbi yardım çağırın! Var, anlayışlı analar-atalar var. Çağırır TTX gəlir, yaxma göturur. Amma bəzi analar nə deyir? "Sabah da qızdırma olsa çağıraram" Belə olmaz, əzizlərim, belə olmaz.

Qızdırmanın bir gun də olması koronavirusdan şubhələnməyə əsas verir. Mən deyirəm təcili yardım çağırın, siz çağırırsız sahə həkimini. Sahə həkimi də yazıq deyilmi, gəlir özu də yoluxur, gedir ailəsini də, sonrakı xəstələrini də yoluxdurur. Bilirsiniz də, artıq pediatrlar da yoluxub, bu o deməkdir ki, evə pediatr çağıranda sizə də təhlukə var.

-Uşaqda hərarət oldusa ilkin yardım uçun öz həkiminizdən, ona çatmasaz məndən online, ya da zəng edərək məsləhət alın.

- təcili yardıma zəng edib, mütləq Covid uçun yaxma göturməsi uçun çağırın

- bu muddət ərzində uşağın yaşlılarla kontaktına imkan verməyin. Özunuz də onunla kontaktda olan biri kimi yaşlı adamlardan uzaq olun.

- Sahə həkiminə məlumat verin, amma evə çağırmayın.