Viruslar insandan daha ağıllı və hiyləgərdir


Digərləri 31 Mar 2020 22:05:00 118 0

Viruslar insandan daha ağıllı və hiyləgərdir

Yazılanlar elmi fantastika janrına yaxın olsa da, reallıq və tibbi sübut olunub. Hər bir virus düşündüyümüzdən də ağıllı, hiyləgər və insan düşüncəsinə, davranışına belə təsir etmək qabiliyyətinə malikdir.

Mikroskop altında görünən bu virus ailələri çoxalmaq, yaşamaq üçün çarpışır və bunun üçün hər şeyi edirlər. Onlar insanların adi qəbul etdikləri və təhlükəli hesab etmədikləri yollarla hərəkət edirlər.

Məsələn, burnumuz tutulur, asqırırıq və insan bunu tamamilə normal bir fizioloji proses hesab edir. Hətta sağlam insan da asqıra bilər, burda qorxulu nə var? Nə olsun ki, ağız suyu ətrafa sıçradı? Çoxları heç asqırıq suyundan iyrənmir də. Bəs virus hardan bilir ki, insan asqırığa fikir verməyəcək? Virus elə bu yolu da tutur: asqırıqla bir orqanizmdən digər insana keçir, orda məskən salır və çoxalır.

Son.az medicina.az-a istinadən bildirir ki, həmçinin qarın ağrısı, diareya. "Ola bilər yeməyimi qarışdırmışam, soyuq olub" kimi düşüncələr gəlir, bircə virus heç kimin ağlına gəlmir. Virus üçün bu yol da əladır: tualetdə fekal yolla yayılır. Yəni kütləvi tualetlərdə.

Əslinə qalanda bu gözəgörünməz orqanizmlər genetik informasiya paketidir. Onların yeganə məqsədi yer üzündən silinməmək, var olmaq üçün hansı yolla olur olsun, canlı orqanizmin hüceyrələrinə yol tapmaqdır.

Viruslar təkcə insan orqanizminə yox, heyvan, bitki, hətta bakteriyaların da içinə daxil olur. Düzdür, virusoloqlar deyir ki, virusların beyni, ağlı, şüuru yoxdur, lakin eyni zamanda onların fövqəladə bacarıq, hətta alimləri azdıracaq hiyləgərliklərinə heyran qalırlar.

Ağlı olmayan varlıq insan hüceyrəsi kimi mürəkkəb mexanizmin içinə daxil olmağı bacarmaz və hüceyrəni özünə ram edib, surətini çıxarmaz. Yəni viruslar hüceyrənin quruluşunu, davranışını dəyişir. Bununla da insanın davranışına, düşüncəsinə belə təsir edə bilər.