Bu maskanı dezinfeksiya eləsək, təkrar istifadəsi mümkündürmü?


Digərləri 31 Mar 2020 21:25:00 134 0

Bu maskanı dezinfeksiya eləsək, təkrar istifadəsi mümkündürmü?

N95 maskalarının apteklərdə çətin tapılması, qiymətinin nisbətən baha olması, xəstəliyin nə qədər davam edəcəyinin bəlli olmaması xəstəlikdən qorunmaq istəyənlərin maddi xərclərinin artmasına gətirib çıxarır. İnfeksiyadan qorunmaq üçün N95 maskalarından istifadə edənlərdə "dezinfeksiya edib, təkrar istifadə etmək olarmı" sualı yaranır. Bu suala cavab verən araşdırma Amerikada Oxford Universitetində aparılıb.

Son.az medicina.az-a istinadən həkim kardioloq Arif Cavadovun bu mövzuda araşdırmasını təqdim edir:

"N95 maskalarını təkrar istifadə etmək üçün tibbi spirtlə dezinfeksiya edib təkrar istifadə edənləri eşitmişəm. Bu maskaların dezinfeksiyasında əsas məsələ üzərindəki respirator filterlərinin effektivliyini qorumaq və plastik materialını əritmədən dezinfeksiya etməkdir. Araşdırmada 4 növ dezinfeksiya üsulu tədbiq olunmuşdur. 1. 75%-li tibbi spirt

Təəssüflər olsun ki, tibbi spirtlə dezinfeksiya zamanı maskanın respirator filtirinin effektivliyi 56%-dək azalmışdır. Buna görə də N95 maskalarını tibbi spirtlə dezinfeksiya məsləhət görülmür. (Xlorin əsaslı dezinfektantlarla həmçinin)

2. Ultrabənövşəyi şüa

10 dəqiqə ultrabənövşəyi şüa ilə dezinfeksiya zamanı filtirin effektivliyi qorunmuşdur. Hətta 10 dəfə dezinfeksiya olunmasına baxmayaraq respirator filtirinin effektivliyi 95%-in üzərində qalmışdır.

3. İsti hava

75 dərəcə isti hava ilə 30 dəqiqə aparılan dezinfeksiyada filtirin effektivliyi qorunmuşdur. Dezinfeksiyanın 20 dəfə təkrarlanmasına baxmayaraq filtirin effektivliyi 95%-in üzərində qalmışdır.