Haqqunnası, tövbə edərək aradan qaldıra bilərikmi?


Digərləri 31 Mar 2020 21:20:00 108 0

Haqqunnası, tövbə edərək aradan qaldıra bilərikmi?

Haqqun-nası iki hissəyə bölürlər: maddi olan haqqun-nas və maddi olmayan haqqun-nas. Əgər insan bir başqasının malını zay etsə və ya haqqını yesə - bu olur maddi haqqun-nas. Əgər insan bir başqasının abırını aparır və onu rüsvay edirsə - bu olur qeyri-maddi haqqun-nas.

Maddi haqqun-nası yerinə yetirən insan gərək birincisi tövbə etsin və əməlinə görə peşman olsun. Sonra zay etdiyi malın əvəzini versin.

O kəs ki, qeyri-maddi haqqun-nas edirsə, o da gərək birincisi tövbə etməli və sonra həmin şəxsdən halallıq alıb abırını bərpa etməlidir.

Hər bir haqqun-nas, Haqqullah hesab olunur. Səbəbi də budur ki, insan qeybət edən zaman həm qarşı tərəfin abırını aparır və həm də Allahın qadağasına itaətsizlik edir. Ona görə də haqqun-nası olan insanın razılığını almaqla yanaşı, Allahın da razılığını almalıdır. Bunun üçün isə dua və istiğfar etməlidir.

Haqqun-nası əda etməyin yolu - qarşı tərəfin razılığını əldə etməkdədir. Bəzən bu imkan bəzi şərtlərə görə yaranmır.

O zaman ki:

- Həmin şəxs bizim üçün məchuldur və onu tanımırıq.

- Həmin şəxsi tanıyırıq, ancaq harada olduğunu bilmirik.