Bakı Media Mərkəzi İtaliyaya dəstək videoçarxı hazırlayıb - VİDEO


Sosial 31 Mar 2020 20:51:04 128 0

Bakı Media Mərkəzi İtaliyaya dəstək videoçarxı hazırlayıb - VİDEO

Bakı Media Mərkəzi dünyada koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb.

Bakı Media Mərkəzi dünyada koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb.

Mərkəzdən "Report"a verilən məlumata görə, video hazırda dünya üzrəCOVID-19virusuna ən çox insanın yoluxduğu və dünyasını dəyişdiyi İtaliyaya həsr olunub.

İtaliya Azərbaycanın ən yüksək səviyyədə əlaqələrə malik olduğu ölkələrdəndir. Avropanın zəngin tarixə və mədəniyyətə malik ölkəsinin indi üzləşdiyi bu qorxulu vəziyyət Azərbaycanda da ürək ağrısı ilə izlənilir. Bu videoçarxda pandemiya ilə ciddi mübarizə aparan Azərbaycanın və ölkə vətəndaşlarının dost İtaliya xalqına dəstəyi ifadə olunur.

İzləyicilərə skripka ustaları Rövşən Əmrahov, Nəzrin Aslanlı, pianoçu Səidə Tağızadə və tenor Fərid Əliyevin ifasında italyanların sevilən musiqi əsərlərindən biri, Cakomo Puççininin "Turandot" operasından "Nessun Dorma" ariyası təqdim olunur.

İtaliyanın məşhur futbol klublarının azərbaycanlı azarkeşlərinin də könüllü iştirakı və müşayiəti ilə hazırlanan videonun sonunda italyan dilində “İtaliya, Azərbaycan səninlədir!”, “Evdə qalın!”, “Hər şey yaxşı olacaq!” müraciətləri qeyd olunur.

Qeyd edək ki, videoçarx Azərbaycanda COVID-19 virusunun geniş yayılması təhlükəsinə qarşı mübarizə çərçivəsində elan olunan karantindən əvvəl çəkilib.