Dünyada koronavirusdan ölənlərin sayı 40 min nəfəri keçdi


Dünya 31 Mar 2020 20:43:47 97 0

Dünyada koronavirusdan ölənlərin sayı 40 min nəfəri keçdi

Dünyada koronavirus pandemiyasının qurbanlarının sayı 40 672&nəfərə&çatıb.

Dünyada koronavirus pandemiyasının qurbanlarının sayı 40 672nəfərəçatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, dünyada ən çox ölüm hadisəsi İtaliya (12 428), İspaniya (8 269), ABŞ (3 424),Çin (3 305),Fransa (3 024), İran (2 898), Böyük Britaniya (1 801) və Niderlandda (1 039)qeydə alınıb.

Qeyd edək ki, infeksiya indiyədək 201ölkə və regionda qeydə alınıb.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Dünyada koronavirus infeksiyasına indiyədək 824 572insan yoluxub. Virusdan sağalanların sayı 174 359nəfərdir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.