Türkiyədə koronavirusla bağlı Milli Həmrəylik Kampaniyası başladılıb


Dünya 31 Mar 2020 20:31:00 84 0

Türkiyədə koronavirusla bağlı Milli Həmrəylik Kampaniyası başladılıb

Türkiyədə koronavirus epidemiyası çərçivəsində "Biz bizə yetərik, Türkiyəm" şüarı ilə Milli Həmrəylik Kampaniyası başladılıb.

Son.az Trend-ə istinadən bildirir ki,  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən başladılan "Biz bizə yetərik, Türkiyəm" yardım kampaniyasına böyük dəstək gəlib. Kampaniyaya siyasətçilər, iş adamları və bir çox ictimai xadim qatılıb.

Kampaniya çərçivəsində 5 aylıq maaşını fonda ianə edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop, "Çətin günlərdən keçirik. Birlik və həmrəylik içində, bir-birimizə sahib çıxaraq bu çətin günləri geridə qoyacağıq, inşallah. Biz birlikdə Türkiyəyik, birlikdə güclüyük. Epidemiyaya qarşı mübarizəmizdən də birlikdə qalib çıxacağıq", - deyə əlavə edib.

Kampaniyaya dəstək verənlər arasında MHP sədri Dövlət Baxçalı da var. Şəntop kimi 5 aylıq maaşını ianə edən Baxçalı kampaniyaya dəstək verməyə çağırıb.

"Mən bu ağır günləri həmrəylik hisslərini təşviq etməklə və yardımlaşma hissini hərəkətə keçirməklə dəf edəcəyimizə ürəkdən inanıram. Bir-birimizə yardım əli uzatsaq, çətin vəziyyətdə olanlara dəstək versək həm insani, həm də islami məsuliyyətlərimizi yerinə yetirmiş olarıq",- deyə Baxçalı əlavə edib.

Kampaniyaya hakim Ədalət ve İnkişaf Partiyasından da (AKP) büyük dəstək var.