Tövbəmizin qəbul olunması üçün 6 şərt


Digərləri 31 Mar 2020 20:40:00 96 0

Tövbəmizin qəbul olunması üçün 6 şərt

Tövbənin qəbul olmasının bir çox şərtləri vardır. O cümlədən:

1. İnsan günahı cahillik, nadanlıq üzündən yerinə yetirərsə, tövbəsi var. Əgər üsyan üzündən olarsa - tam ayrı vəziyyətdir. Belə ki, əgər İlahi hökmlərə düşmənçilik üzündən edərsə, bu əməl küfr hesab olunar. Belə bir əməlin tövbəsi o zaman qəbul olar ki, həmin küfr halından geri dönsün və peşman olsun. Üsyan etməsin və inadını əldən versin.

2. İnsan əgər günah edən kimi tövbə edərsə, yəni çox zaman keçməmiş peşman olub tövbə edərsə, Allah tövbəsini qəbul edər. Çünki bu günahın çirki hələ ruhuna hopmamışdır.

3. İmam Əli (ə) buyurur: "İsitğfarın dərəcə və məqamı vardır və 6 mənaya malikdir:

1). Keçmişinə görə peşman olmaq.

2). Günaha qayıtmamağa görə qərara gəlmək.

3). İnsanların haqqını əda etmək, Allahı öhdəsində heç bir haqq olmadan görmək.

4). Bütün zay olmuş vacibləri yerinə yetirmək.

5). Haramdan yaranmış əti qəm və qüssə ilə suya çevirmək.

6). İtaətin əziyyətini bədənə daddırmaq, necə ki, günahın şirinliyini dadmışdı. Ondan sonra deyəsən: "Əstəğfirullah"".