Öskürək yoxdur, amma pnevmoniya var –


Digərləri 31 Mar 2020 20:25:00 166 0

Öskürək yoxdur, amma pnevmoniya var –

İmmuniteti zəifləmiş insanlar, eləcə də ciddi xəstəliyi olan şəxslər ən adi zökəm və qripdən belə pnevmoniya ola bilər.

Pnevmoniyanın uşaq və yaşlı insanları çox yaxalaması düzgün fikir deyil. Pnevmoniya hər kəsin bəlasına çevrilə bilər.

Son.az medicina.az-a istinadən bildirir ki, pnevmoniyanın öskürəksiz keçən forması da var. Buna gizli pnevmoniya da deyilir. Bəs gizli gedən pnevmoniyanın əlamətləri nədir:

- Tənəffüsün ağır və tez-tez olması - Nəfəs alıb vermənin çətinləşməsi - Bədənin əzgin olması, halsızlıq - Bənizin ağarması, rəngin qaçması - Döş qəfəsi və sanki qabırğaların ağrıması

Bu bir neçə bənd çox vacibdir. Ağrı ilə tənəffüsdə problemlər artıq pnevmoniyanın başlanmasıdır, qızdırmanı gözləməyin.