Trampla Ərdoğan arasında telefon söhbəti olub


Dünya 31 Mar 2020 20:19:08 96 0

Trampla Ərdoğan arasında telefon söhbəti olub

ABŞ və Türkiyə prezidentləri - Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.

ABŞ və Türkiyə prezidentləri - Donald TramplaRəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.

“Report” AA-ya istinadən xəbər verir ki, bir sıra ikitərəfli və regional məsələləri müzakirə edən dövlət başçıları dünyanı cənginə alan COVID-19 virusu ilə bağlı da fikir mübadiləsi aparıblar.

Söhbət zamanı qeyd olunub ki,bu xəstəliyə yalnız ümumdünya həmrəylik və əməkdaşlıq yolu ilə qalib gəlmək mümkündür. Epidemiyanın müxtəlif təsirlərini nəzarətə götürmək üçün məlumat və təcrübə mübadiləsi aparmaq qərarlaşdırılıb.

Həmçinin Ağ Evdən də yayılan açıqlamada iki dövlət başçısının yeni koronavirusla mübarizədə və dünya iqtisadiyyatının dəstəklənməsinə yönələn beynəlxalq səylərdə yaxından iştirak etmək məsələsində razılığa gəldikləri qeyd olunur.

Prezidentlərin Suriya və Liviya başda olmaqla münaqişə baş verən ölkələrdə atəşkəsə nail olmağınvə sülhə yönələn addımların əvvəlkindən daha mühüm əhəmiyyət daşıdığı barədə də yekdil fikirə gəldikləri vurğulanıb.