Uhanda ölənlərin sayı göstərildiyindən qatqat çoxdur


Dünya 31 Mar 2020 20:12:00 150 0

Uhanda ölənlərin sayı göstərildiyindən qatqat çoxdur

Çin rəsmiləri iki aylıq koronavirus karantininin başa çatdığını elan etdiyi bir vaxt Uhan sakinləri ölənlərin sayının 2500 olduğuna skeptik yanaşır. Onlar bu göstəricinin həqiqiliyinə inanmır.

Uhanda 7 böyük dəfn evi hər gün yandırılan 500 adamın qalıqlarını ailələrinə verməyə başlayıb. Bu da daha artıq insanın öldüyünü göstərir.

Sosial media istifadəçiləri gündəlik göstəriciləri hesablamağa çalışır.

Caixin.com xəbər saytı isə təkcə bir gündə bir dəfn evinə 5 min urna göndərildiyini yazıb. Bəzi xəbərlərdə Uhandakı 7 dəfn evinin gündəlik 3500 urnadan istifadə etdiyi deyilir.

Bu evlər aprelin 5-dək, Qing Ming festivalının açılışınadək kremasiyaların başa çatdırılacağına vəd verib.