Xəstəliyin yaxşılaşmasına, qorxunun aradan getməsinə, ailə qurmasına yardım edər


Digərləri 31 Mar 2020 20:15:00 105 0

Xəstəliyin yaxşılaşmasına, qorxunun aradan getməsinə, ailə qurmasına yardım edər

"Zariyat" surəsi - Quranın 51-ci surəsidir ki, Məkkədə nazil olmuş və 60 ayəsi vardır.

Həzrət Peyğəmbər (s) bu surə ilə bağlı buyurur: "Hər kim "Zariyat" surəsini oxuyar, dünyada əsən küləklərin on bərabəri qədər ona on həsənə verilər".

İmam Sadiq (ə) buyurur: "Hər kim "Zariyat" surəsini oxuyar, parlayan çıraq kimi qəbirdə nurani olmasına səbəb olar".

İmam Cəfər Sadiq (ə) başqa yerdə buyurur: "Hər kim "Zariyat" surəsini oxuyar, Allah məişət işlərini islah edər, ona çoxlu ruzi əta olunar".

Bu surənin bərəkətləri:

1. Xəstəliklərin yaxşılaşması. İmam Sadiq (ə) buyurur: "Əgər bu surəni yataqda olan xəstə yanında yazsanız, Allah ona ciddi şəkildə asanlıq edər".