COVID19a qarşı vaksin 2021ci ilin əvvəlində istifadəyə hazır ola bilər


Dünya 31 Mar 2020 20:17:00 88 0

COVID19a qarşı vaksin 2021ci ilin əvvəlində istifadəyə hazır ola bilər

ABŞ-ın əczaçılıq nəhəngi Johnson & Johnson şirkəti eksperimental koronavirus vaksininin sentyabr ayında insan üzərində sınaqdan keçiriləcəyini və bu vaksinin gələn ilin əvvəli fövqəladə istifadə üçün hazır olacağını bildirib.

Şirkət bazar ertəsi bildirib ki, ABŞ-ın Sağlamlıq və İnsan Xidmətləri Departamenti ilə bilikdə vaksinin hazırlanıb sınaqdan keçirilməsinə 1 milyard dollardan çox pul ayırıb. Şirkət həmçinin qeyd edib ki, əgər vaksinin insan üzərində sınaqları müvəffəq keçsə, onlar vaksinin 1 milyard dozasını istehsal etməyə hazır olacaqlar.

Johnson & Johnson ilk vaksinlərin 2021-ci ilin əvvəlində fövqəladə hallarda istifadəsi üçün hazır olacağını təxmin edir.

Şirkətin baş icraçı direktoru Aleks Qorski NBC-nin Today proqramında deyib ki, araşdırmanın ilkin nəticələri eksperimental vaksinin effektiv olacağına işarə edir.

"Bizdə COVID-19 virusuna qarşı uğurlu olmaq şansı yüksək olan vaksin namizədimiz var," o deyib.

Bizdə vaksinin istehsalını qısa müddət ərzində artırmaq imkanlarımız var.

Qorski deyib ki, şirkət gələcək həftələr ərzində vaksinin istehsalını artırmağı planlaşdırır və məqsədi gələn ilin ortalarına kimi bir neçə milyon, 2021-ci ilin sonunadək isə yarım milyard doza vaksin istehsal etməkdir.

Johnson & Johnson vaksini qazanc əldə etmək üçün istehsal etməyəcək, lakin vaksinin istehlakçılara neçə başa gələcəyini təxmin edə bilər. Bazar ertəsi şirkətin indeksinin dəyəri artıb.