İki günaha şamil olan haqqunnas


Digərləri 31 Mar 2020 20:20:00 211 0

İki günaha şamil olan haqqunnas

İnsanların abırını aradan aparmaq, şəxsiyyətlərini ləkəmək, xəyanət etmək - bütün bunlar haqqun-nasdır. Əgər insan həyatda olan zaman haqqun-nası aradan qaldıra bilməzsə, onu pis aqibət gözləyər.

Çox təəssüf ki, bugünkü mətbuat vasitəsiləri olan qəzetlər, internet saytları töhmət və qeybət vasitələrinə çevrilmişdir. Elə mövzuları dərc edirlər ki, özləri də onun töhmət olduğunu yaxşı bilirlər. Ancaq gözləyirlər ki, kimsə onları inkar etsin. Lakin yaddan çıxardırlar ki, artıq həmin şəxsin abrını aradan aparıblar və şəxsiyyətini ləkələyiblər.

O kəs ki, töhmət vurar - onun günahı böyük olar. O kəslər ki, bu töhməti eşidirlər və onunla razılaşırlar, onlar da günahkar olurlar.

Bu mövzu o qədər əhəmiyyətlidir ki, dörd Məsum İmam (ə) onun haqqında danışmış və onu aşkar zülm adlandırmışdılar.

İmam Hüseyn (ə) Aşura günü bütün səhabələri şəhid olandan sonra övladına son vəsiyyətini edir və buyurur: "Ey övladım! Allahdan başqa yavəri olmayan insana zülm etməkdən çəkin".

İmamın (ə) bu nurani kəlamı öz dövrünə aid deyildi, əslində bütün zamanlara şamil edilir. Yəni, o layiqli insanlar ki, bir başqaları tərəfindən töhmətə məruz qalırlar və onları heç kəs müdafiə etmir - bu, aşkar zülmdür.

Töhmət - yalanın ən pis formasıdır. Yəni, töhmət iki günaha şamil olar: biri yalan, biri də qeybət. Yəni mömin, qardaşının olmadığı zamanlarda elə söz deyər ki, həm onun abrını aradan aparar və həm də dedikləri yalan olar. (Tebyan)