Dünyanın cəzzabiyyətini tək bu amilə görə tərk etmək lazımdır


Digərləri 31 Mar 2020 19:45:00 110 0

Dünyanın cəzzabiyyətini tək bu amilə görə tərk etmək lazımdır

İmam Əlinin (ə) "Nəhcul-bəlağə"də belə buyuruşu var: "Bu dünyanın alçaqlığı üçün elə bu kifayətdir ki, Allahın günahı edilən tək məkandır. İlahi mükafata çatmaq üçün onu tərk etməkdən başqa yol yoxdur".

Qurani-Kərim dünyanın nə qədər alçaq və dəyərsiz olduğunu bizə dəfələrlə xəbər vermişdir. "Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, axirət evi əbədi həyatdır (onun yeri, göyü, cəmadat və nəbatatı belə) əbədilik diridir (və elə bil ki, həyatın özüdür). Kaş biləydilər!". ("Ənkəbut" 64).

Əgər hədislərə nəzər salsaq görərik ki, dünyanı cəyitkənin ağzında yarım çeynənmiş yarpağa bənzətmişdilər.

İmam Əlinin (ə) nurani buyuruşunda iki mühüm nöqtə vardır:

1. Birincisi budur ki, Allahın günahının edildiyi tək məkan - Yer kürəsidir.

2. Hər kim civadan səadətə çatmaq istəyirsə, gərək onu tərk etsin.

İmam Səccad (ə) buyurur: "Atam İmam Hüseyn (ə) buyurardı: "Allah Təala qarşısında dünyanın alçaqlığı üçün elə bu kifayətdir ki, Yəhya ibn Zəkəriyyənin (ə) başını Bəni-İsrayilin ən bulaşmış qadınına hədiyyə göndərmişdilər"".