“Azərsu” sosial şəbəkələr üzərindən xidmət göstərəcək


İqtisadiyyat 31 Mar 2020 19:32:21 154 0

“Azərsu” sosial şəbəkələr üzərindən xidmət göstərəcək

​Vətəndaşlar "WhatsApp" xidməti vasitəsilə “Azərsu”ya müraciət edə bilərlər

“Azərsu” ASC koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə vətəndaş qəbuluna müvəqqəti məhdudiyyətlərinin tətbiqi ilə əlaqədar müraciətlərin internet üzərindən "Skype” proqramı vasitəsilə edilməsi üçün videoqəbul xidməti təşkil edib.

“Report” xəbər verir ki, bundan başqa ASC “WhatsApp" xidməti vasitəsilə də müraciətlərin qəbulu davam etdirilir.

Müraciətlərin operativ həllini təmin etmək məqsədilə hər bir sukanal idarəsi üzrə də “WhatsApp" nömrələri təyin edilib. Vətəndaşlar aşağıda qeyd olunan "Skype” ünvanları və“WhatsApp"nömrələri vasitəsilə həftə içi (1-ci – 5-ci günlər) birbaşa müraciət edə bilərlər.

S/s Rayon WhatsApp nömrələr Skype ünvanları 1 Sabunçu (+99455) 4577186 Sabuncu.Sukanal 2 Suraxanı (+99455) 4573952 Suraxani.Sukanal 3 Xəzər (+99455) 4572796 Xezer.Sukanal 4 Nizami (+99455) 4573974 Nizami.Sukanal 5 Nəsimi (+99455) 4577406 Nəsimi.Sukanal 6 Səbail (+99455) 4577253 Sebail.Sukanal 7 Yasamal (+99455) 4573332 Yasamal.Sukanal 8 Xətai (+99455) 4579466 Xatai.Sukanal 9 Nərimanov (+99455) 4573954 Narimanov.Sukanal 10 Binəqədi (+99455) 4575158 Binaqadi.Sukanal 11 Qaradağ (+99455) 4577785 Qaradağ.Sukanal 12 Abşeron (+99455) 4577746 Absheron.sukanal 13 Sumqayıt (+99455) 4579442 Sumqayit.Sukanal 14 Bağlar (+99455) 4577706 Baglar.Sukanal

Qeyd edək ki, şənbə və bazar günləri isə 955 Zəng Mərkəzinə, azersu.aparat1, azersu.aparat2, azersu.aparat3 "Skype” ünvanlarına, həmçinin (+99455) 209-95-59 “WhatsApp" nömrəsinə müraciət etmək xahiş olunur.