"Goldman Sachs": ABŞ iqtisadiyyatında 34% azalma olacaq


İqtisadiyyat 31 Mar 2020 19:35:33 114 0

"Goldman Sachs": ABŞ iqtisadiyyatında 34% azalma olacaq

ABŞ-ın “Goldman Sachs” investisiya bankı bu ilin II rübündə ölkə iqtisadiyyatının ötən ilin eyni dövrü ilə müqayisədə 34% kiçiləcəyini proqnozlaşdırır.

ABŞ-ın “Goldman Sachs” investisiya bankı bu ilin II rübündəölkə iqtisadiyyatının ötən ilin eyni dövrü iləmüqayisədə 34% kiçiləcəyini proqnozlaşdırır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə bankın hesabatında bildirilir.

Hesabata görə, bu ilin ortalarında ABŞ-da işsizlik səviyyəsi 15%-ə yüksələcək.

Bununla belə,ekspertlər III rübdə ABŞ iqtisadiyyatının özünü bərpa edəcəyini və ümumi daxili məhsulun (ÜDM) 19% artacağını gözləyirlər:

“Koronavirusun gəlir və xərclər üzərində uzunmüddətli təsirinin qalma riski olsa da, hesab edirik ki, Federal Ehtiyat Sistemi (FED) və hökumətin aqressiv siyasəti bu məsələdə həlledici olacaq”, - sənəddə qeyd olunub.