Zəncəfil bu insanlar üçün çox zərərlidir


Digərləri 31 Mar 2020 19:25:00 109 0

Zəncəfil bu insanlar üçün çox zərərlidir

Zəncəfili immunitet gücləndirici, virus və qripə qarşı vasitə hesab edirlər. İndi koronavirus pandemiyası zəncəfili qızıl qədər dəyərli edib. Hər kəs bol zəncəfil qəbul etməyə çalışır ki, bəlkə virusdan qoruyar. Halbuki zəncəfilin koronavirusa qarşı təsiri sübut olunmayıb və o xəstəliyi müalicə etmir.

Son.az medicina.az-a istinadən zəncəfilin hansı qrup insanlar üçün zərərli, hətta faciəvi nəticələr verəcəyini təqdim edir.

QRUP 1 - Hamilələr

Hamiləliyin ilk trimestrində, yəni ilk 3 ayda zəncəfil qəbulu sancılara və düşüklərə, daha sonra vaxtından əvvəl doğuma səbəb ola bilər. Hamiləlik təsdiqlənən kimi zəncəfildən uzaq dursanız, yaxşıdır. Həmçinin o qanı çox duruldur ki, bu da döl üçün zərərlidir.

Qrup 2 - Qan xəstəlikləri olanlar

Hemofiliya, talassemiya, trombositlər problemi olanlar üçün, yəni qanı qatılaşmayanlar üçün zəncəfil faciəvi nəticələr verə bilər. Çünki zəncəfil qan dövranını çox sürətləndirir.

QRUP 3 - Çəkisi az olanlar, anoreksiya xəstələri

Zəncəfil aclıq hissini öldürür, metobolizmi sürətləndirir. Çəkini yığmağa mane ola bilər. Bu isə həmin adamların immunitetinin daha da zəifləməsinə səbəb olar.

QRUP 4 - Təzyiq və şəkər xəstələri