Nə qədər fürsət var, haqqunnasdan nicat tapmağa çalışaq


Digərləri 31 Mar 2020 19:20:00 129 0

Nə qədər fürsət var, haqqunnasdan nicat tapmağa çalışaq

İnsanın dünyada yerinə yetirdiyi kiçik və böyük günahlar axirətində çox sayda çətinliklə üzləşməsinə səbəb olur. Ancaq o şey ki, insanı ümidvar edir - İlahi rəhmətdir. İlahi rəhmət o zaman insanın halına şamil olar ki, insan başqalarının haqqını zay etməsin. Əgər edibdirsə də, gərək həmin şəxsin razılığını əldə etsin. (Erfan)

Qurani-Kərim haqqun-nasla bağlı buyurur: "Ey iman gətirənlər, qarşılıqlı razılıq əsasında olan ticarət istisna olmaqla, öz aranızda bir-birinizin mallarını haqsız yerə (şəriət və qanuna zidd yollarla) yeməyin". ("Nisa" 29). Yəni, başqasının malını onun icazə olmadan istifadə etmək olmaz.

Quranda yenə buyurulur: "Mallarınızı öz aranızda haqsız yerə yeməyin və camaatın mallarının bir qismini günah və haqsız yolla yemək üçün (əməlininzin haram olmasını) bilə-bilə onu (rüşvət kimi) qazılara (hakimlərə) tərəf yönəltməyin". ("Bəqərə" 188).

Yəhudi qövmünü məzəmmət edərək, Quran buyurur: "Eləcə də çəkindirilmələrinə baxmayaraq, sələm aldıqlarına və camaatın mallarını boş və nahaq yerə yemələrinə görə (həmin halal şeyləri onlara haram etdik). Biz onların kafirlərinə ağrılı bir əzab hazırlamışıq". ("Nisa" 161).

Əgər biz qeybətini etdiyimiz insana həqiqəti deməkdən çəkiniriksə, o zaman yaxşı olar ki, həm özümüzə və həm də ona görə tövbə edək. Onun adına yaxşı işlər görüb, savabını ona hədiyyə edək.

Haqqun-nas elə bir günahdır ki, ruhani və ya əkinçi tanımır, hamıya şamil olur. Ona görə də insanlara fırıldaq gəlmək, qeybətini etmək, aldatmaq, rüşvət, ticarətdə fırıldaq etmək - bütün bunlar müsəlmanların abrını aradan apardığı üçün günahdır və haqqun-nas sayılır.

Haqqun-nasın ən pis forması odur ki, insan kiminsə haqqını tapdalayar və qarşı tərəf də bir iş görə bilməz. Məsumlardan (ə) buyurulur: "Qorx ondan ki, Allahdan başqa yardımı olmayan kimsəyə zülm edəsən".

Haqqun-nasın Qiyamətdəki təsirləri.

Məsumlardan (ə) buyurulur: "Əgər kiminsə boynunda haqqun-nas olarsa, insanların malını və abrını aparar... Allah intiqam alar, ya özündən, ya malından, ya da övladlarından".