Ailənin dolanışıq xərclərində xəsislik etməyin


Digərləri 31 Mar 2020 19:10:00 127 0

Ailənin dolanışıq xərclərində xəsislik etməyin

Ailə xərcinə gedən pulu artırmaq - İmam Rzanın (ə) buyurduğu kimi, hər bir ailə başçısının boynunda olan vacib vəzifədir.

Ancaq bu, o demək deyildir ki, israf etmək lazımdır. Dinimiz israf etməyin əleyhinədir. Eyni zamanda, başqa tərəfdən buyurur ki, ailənin dolanışıq xərclərində xəsislik etməyin.

İmam Rza (ə) buyurur: "Təmkinli mal sahibinə vacibdir ki, ailəsinin xərcini artırsın".

Əlbəttə, bu mövzu o kəslərə aiddir ki, zəngindir, ancaq xəsislik edir və ailəsinə dolanışıq mövzularında əziyyət verir. İmam (ə) buyurur ki, bu cür insanın duası da qəbul olunmayacaqdır.

Əgər ailəsi bu halda onun ölməsini dua edərsə, onların duası tez yerinə yetər.