ABŞın məşhur göydələni koronavirusla mübarizə əlaməti olaraq işıqlandırılıb


Dünya 31 Mar 2020 18:14:00 93 0

ABŞın məşhur göydələni koronavirusla mübarizə əlaməti olaraq işıqlandırılıb

Dünyanın ən hündür göydələnlərindən olan və Nyu-Yorkda yerləşən 102 mərtəbəli "Empire State Building" ağ və qırmızı rənglərlə işıqlandırılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu addım koronavirusla mübarizə aparan tibb işçiləri ilə bağlı həmrəylik əlaməti olaraq atılıb.

Göydələn xəstəliklə mübarizə davam edənədək bu şəkildə işıqlandırılacaq.

Qeyd edək ki, 1931-ci ildə ucaldılan "Empire State Building"in hündürlüyü 443 metr təşkil edir.