Məşhur neyrocərrah koronavirusdan vəfat edib


Dünya 31 Mar 2020 17:54:00 132 0

Məşhur neyrocərrah koronavirusdan vəfat edib

ABŞ-da tanınmış neyrocərrah koronavirusdan vəfat edib.

Son.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, dünyada tanınmış pediatr neyrocərrah Ceyms Qudriç koronavirusun ağırlaşması səbəbindən həyatını itirib.

O, birləşik əkizləri ayırmaq üçün tibb elminə xüsusi metod gətirib. Belə ki, C. Qurdiç 2016-cı ildə başlarından birləşik Siyam əkizlərinin 27 saatlıq əməliyyatında 40 həkimdən ibarət qrupa rəhbərlik edib.   

30 il Nyu-York xəstəxanasında pediatrik neyrocərrahiyyənin direktoru, həm də Albert Eynşteyn Tibb Kollecində professor vəzifəsində çalışmış  neyrocərrah dünyanın müxtəlif ölkələrindəki tibb araşdırma mərkəzlərində mühazirələr verib.