Koronavirusdan sağalan xəstələrdə hansı fəsadlar ola bilər?


Digərləri 31 Mar 2020 17:31:00 108 0

Koronavirusdan sağalan xəstələrdə hansı fəsadlar ola bilər?

Koronavirus infeksiyasından sağalmış 12 nəfərdən 3-ü xəstəliyə qədər bacardıqları fiziki hərəkətləri yerinə yetirmək gücündə olmur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Honq Konqda Şahzadə Marqarita xəstəxanasının infeksiya mərkəzinin direktoru, doktor Ouen Tsanq Tak-İn deyib.

Qeyd olunub ki, bu, koronavirusdan sağalan xəstələr üzərində aparılan müşahidələr nəticəsində müəyyən edilib.

Müşahidələrə əsasən COVID-19 infeksiyasından sağalanlar ağciyərlərin azalan funksionallığından əziyyət çəkir və gəzinti zamanı boğulma hiss edir.