Koronavirusu və SARSı tapan çinli alim Avropanın yol verdiyi ən böyük səhvdən danışdı


Digərləri 31 Mar 2020 17:29:00 104 0

Koronavirusu və SARSı tapan çinli alim Avropanın yol verdiyi ən böyük səhvdən danışdı

Epidemiyaya bütün xəstələri təcrid etməklə və simptomu olmayanlara maska geyindirməklə nail olmaq mümkündür. Bu fikri Koronavirus və SARS viruslarının genomunu kəşf edən çinli alim Corc Qao səsləndirib. Uzun müddət möhkəm məşğul olan alim bu günlərdə "Science" elmi jurnalına müsahibə verib.

Son.az bizimyol.info-ya istinadla Çin Xəstəliklərin Profilaktikası və Nazarət Mərkəzinin baş direktoru Corc Qao ilə müsahibəni təqdim edir.

-Başqa ölkələr koronavirusla mübarizədə Çindən nə öyrənə bilərlər?

- Sosial distansiyaya əməl edilməsi respirator infeksiya ilə mübarizədə birinci şərtdir. Birinci biz heç bir dərman preparatı strategiyasından istifadə etmədik. Çünki, bu virusdan müalicə edən xüsusi dərman və vaksin yoxdur. İkinci əmin olmalıydıq ki, bütün yoluxanları izolyasiya etmişik.Üçüncü xəstələrlə əlaqədə olanlar da karantində olmalıdır.Ümumi yığıncaqlar dayandırılmalıdır. Sərhədlər bağlanmalıdır.Bu məsələdə rəhbərliyin dəmir iradəsi böyük rol oynayır. İstər dövlət rəhbəri, istərsdə də yerlərdə rəhbərlik çox ayıq -sayıq olmalı, heç nəyi gözdən qaçırmamalıdır.Onlar açar rolu oynayırlar.Çinin tədbirəri dünyaya qəddar görünə bilərdi, amma zaman göstərdi ki belə lazım idi. Biz qalib gəldik.

- Başqa ölkələr hası səhvlərə yol verirlər?

-Avropa və ABŞ-ın ən böyük səhvi bundadır ki, insanlar maska taxmırlar. Bu virus hava damcı yolu ilə yayılır. Danışarkən ağızdan kiçik su damcırı çıxır. Bir çox insanlarda bu virus simptomsuz və inkubasiya dövrü şəklində olur. Maska taxılsa virus yayılmaz.Termometrlərdən sıx-sıx istifadə edilməlidir, ictimai yerlərə daxil olan insanlar termometrlərdən keçməlidirlər.Bir çoxlarını sual düşündürür. Virus ətraf mühitdə nə qədər yaşayır? Araşdırmalarımız göstərir ki, kifayət qədər dözümlüdür.Elmi əsaslarımız olmadan danışa bilmərik.

- Uxanda xəstəliyi yüngül keçirən insanları da izolyasiya etdilər. Ailələri ilə görüşdürmədilər. Avropada isə əksinə, zəif simptomları olan insanlar evdə müalicə olunur.

- Yoluxmuş şəxslər mütləq izolyasiya edilməlidir.Bu hər yerdə belə olmalıdır.Yalnız bu yolla COVİD-19-a nəzarət mümkündür.Məhz buna görə, biz modul xəstəxanalar tikir, futbol meydanlarını xəstəxanalara çevirirdik.

- Çində virusun hansı mənbədən və nə zaman başlaması barədə çoxlu suallar var. Deyirlər virus 2019-cu ilin noyabrında başlasa da gizlədilib?

- Noyabrda virusun yayılmasına dair əsaslı sübut yoxdur. Biz virusun hardan yayılmasını anlamağa çalışırıq.Bir çoxları bunun dəniz məhsulları bazarından gəldiyini deyir.Lakin, bu dəqiq deyil. Virus həm yerli, həmdə ölkəyə xaricdən gəlmə xarakterli ola bilər.

-Çinin virus barədə dərhal məlumat verməməsi tənqid edildi. Bu barədə ilk məlumatı 8 yanvarda The Wall Street Journal yaydı. Mənbə isə çinli alimlər deyildi. Nə üçün?

- Bu jurnalistlər dedektiv kimi əla işləmişdilər.Hesab edirəm ki, Çinin ÜST-ə məlumat verməsi ilə bu xəbərin dərci arasında bir neçə saat və ya 1 gün fərqi var. Çox olmazdı. Biz həmkarlarımıza erkən məlumat vermişdik. Lakin görünür siyasətçilər belə qərar verdilər. Cəmiyyətin panikaya düşməsini istəmədilər.Buna qədər belə pandemiya olmamışdı. Biz maskalanmış bir virusla üz -üzəydik. İndi İtaliyada olduğu kimi biz də "bu sadəcə adi virusdur, heç nə olmaz" deyə düşündük.