Ermənistanda koronavirusa yoluxanların sayı 532 nəfərə çatdı


Dünya 31 Mar 2020 16:29:00 150 0

Ermənistanda koronavirusa yoluxanların sayı 532 nəfərə çatdı

Ermənistanda son sutka ərzində 50 nəfər koronavirusa yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, koronavirusa yoluxanların sayı 532 nəfərə çatıb.

Hazırda 499 nəfərin müalicəsi davam edir.

Bu günədək ölkədə üç nəfər virusdan həyatını itirib.