Gəlin həmrəy olaq, koronavirusa qalib gələk!


Digərləri 31 Mar 2020 16:11:00 133 0

Gəlin həmrəy olaq, koronavirusa qalib gələk!

Gəlin həmrəy olaq, koronavirusa qalib gələk!

Son.az Trend-ə istinadən bildirir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Qafar Əliyev xalqa müraciətində bildirib:

"Əziz dostlar!

Koronavirusun dünyada tüğyan etdiyi bu çətin günlərdə bizə yaxınlaşan fəlakətdən xilas olmağın bir yolu var: qohumlarımıza, dostlarımıza, doğmalarımıza, qonşularımıza, yaxınlarımıza və bizdən uzaqda olan, amma əlimiz çatacaq hər kəsə qarşı ürəyimizdən kini-küdrəti atıb hamıya əl uzatmaq.

Əgər imkanın varsa, daha çox imkansıza, yetimə, kasıba əl uzat. Hansısa ehtiyac içərisində olan insan öz qürurunu sındırmadığına görə evində sakitcə oturub ağır durumda olduğunu kimsəyə biruzə vermək istəmirsə, sən ona tərəf get, ona əl uzat, onun probleminin həllinə kömək elə, ona arxa dur.