"Azərişıq" bütün növ xidmətləri onlayn şəkildə davam etdirir


İqtisadiyyat 31 Mar 2020 15:33:28 111 0

"Azərişıq" bütün növ xidmətləri onlayn şəkildə davam etdirir

​Tanrıverdi Mustafayev: “Saytımızda olan onlayn ödəmə sistemi “Biz birlikdə güclüyük! Evdə qal, Azərbaycan çağırışına qoşulmağa imkan yaradır”

“Azərişıq” ASC sosial şəbəkələrdə “Facebook” və “Instaqram” vasitəsilə canlı bağlantı, eləcə də “WhatsApp” üzərindən müraciətlərin qəbulunu həyata keçirir.

Bunu “Report”a “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, eyni zamanda bütün “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində yalnız bir pəncərədə ən zəruri xidmətlər göstərilir:

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri ilə yanaşı, vətəndaşlarımız yaranmış suallarını və müraciətlərini “199” Çağrı Mərkəzinə və ya [email protected] elektron ünvanına göndərə bilərlər.

Xüsusi olaraq bildiririk ki, istifadə olunan elektrik enerjisinin haqlarının ödənilməsi üçün mobil tətbiq və ya azerishiq.az saytından onlayn ödəmə sistemi mövcuddur. Bu isə “Biz birlikdə güclüyük! Evdə qal, Azərbaycan çağırışına qoşulmağa imkan yaradır.

Bütün istehlakçılarımız onlayn xidmətlərimizdən yararlanır, eləcə də istifadə olunmuş elektrik enerjisi haqlarını həmin vasitələrdən istifadə etməklə ödəyirlər. Ona görə də istehlakçılarımıza öz təşəkkürümüzü bildiririk”.