İranda yeni doğulan körpədə koronavirus aşkarlandı


Dünya 31 Mar 2020 14:24:40 106 0

İranda yeni doğulan körpədə koronavirus aşkarlandı

Hadisə İranın Məşhəd şəhərində qeydə alınıb

İranın Məşhəd şəhərində yenicə doğulmuş körpəyə COVID-19 diaqnozu qoyulub.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bu barədə Məşhəd Tibb Elmləri Universitetinin əməkdaşı, həkim Əhməd Şah Fərhad açıqlama verib.

“Koronavirusa yoluxmaqdaşübhəli bilinən bir ananın dünyaya gətirdiyi körpənin testi pozitivi çıxıb. Körpə 900 qram çəkidə doğulub. Uşaq ilk 24 saatda nəfəs çatışmazlığından əziyyət çəksə də, hazırda xüsusi dəstək olmadan nəfəs ala bilir”, - o bildirib.

Qeyd edək ki, İranda koronavirusa ilk yoluxma faktı fevralın 19-da Qum şəhərində qeydə alınıb. Ölkədə indiyədək 44 606 nəfərə koronavirus diaqnozu qoyulub. Pandemiya qurbanlarının rəsmi sayı 2 898 nəfərdir.