Anar: İnsanların “Evdə qal” çağırışına ciddi yanaşmaması çox təhlükəlidir


Digərləri 31 Mar 2020 14:07:00 124 0

Anar: İnsanların “Evdə qal” çağırışına ciddi yanaşmaması çox təhlükəlidir

Dövlətimizin çağırışı düzgün və yerində bir çağırışdır.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Yazıçılır Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.

Onun sözlərinə görə, insanlar dövlətin "Evdə qal" çağırışını cavabsız qoymamalı və evdə qalmalıdır:

"Bu çağırışı ciddi qəbul etmək lazımdır. Evdə oturub hərə öz işini görə bilər. Kimi kitab oxuyar, kimi də film izləyər. Bu, ailəmizlə, övladlarımızla vaxt keçirmək baxımından da çox vacibdir. Dövlət elə bir imkan yaradıb ki, insanlar bu müddət ərzində əməkhaqqlarını da alacaq. İndiki dövrdə evdə oturmaq məsləhət görülür. Mən də evdəyəm, yarımçıq qalmış işlərimlə məşğul oluram, işləyirəm. İnsanların "Evdə qal" çağırışına ciddi yanaşmaması çox təhlükəlidir. Mən və ailəm mövcud vəziyyətə çox ciddi yanaşırıq və evdəyik".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.