Təhsil Nazirliyi yeni təşəbbüslə çıxış edib


Digərləri 31 Mar 2020 13:41:00 138 0

Təhsil Nazirliyi yeni təşəbbüslə çıxış edib

Təhsil Nazirliyi yeni virtual təşəbbüslə çıxış edib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, "Virtual məktəb" layihəsi Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Hər bir şagird "Virtual məktəb" portalında qeydiyyatdan keçərək öz yaşına uyğun sinifə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirəcəklər.