Misir ehramında #evdəqal çağırışı


Dünya 31 Mar 2020 13:44:00 124 0

Misir ehramında #evdəqal çağırışı

Koronavirus pandemiyası fonunda misirlilərə #evdəqal çağırışı bu dəfə Cizə şəhərində yerləşən Heops ehramı vasitəsilə çatdırılıb.  

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ehramın üzərində "Evdə qal, təhlükəsiz qal" sözləri öz əksini tapıb.

Ehramda, həmçinin tibb işçilərinə minnətdarlıq bildirən - "Bizi təhlükəsiz saxlayanlara təşəkkür edirik" sözləri yer alıb.

Ən son məlumatlara görə, Misirdə 656 koronavirusa yoluxma halı qeydə alınıb, 41 nəfər dünyasını dəyişib.