Azərbaycanda ərazilərin dezinfeksiya edilməsində drondan istifadə olunacaq


Sosial 31 Mar 2020 13:31:05 98 0

Azərbaycanda ərazilərin dezinfeksiya edilməsində drondan istifadə olunacaq

AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan

AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiyalar Parkı” MMC tərəfindən kənd təsərrüfatı sahələrinin dərmanlanması üçün hazırlanmış “Agrodrone” adlı dron yeni tip koronavirusa (COVID-19) qarşı dezinfeksiya işlərinin aparılmasına uyğunlaşdırılıb.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.

Belə ki, drona quraşdırılmış çənlər və püskürtmə sistemi dezinfeksiyaedici məhlulu müəyyən hündürlükdən təyin edilmiş əraziyə çiləməyə imkan verir.

Sistemin inteqratoru AMEA-nın Yüksək Texnologiyalar Parkının digər rezidenti olan “Azeltech” MMC şirkətidir.

Qeyd edək ki, hazırda COVID-19 pandemiyasının yayıldığı Çin, İtaliya, Fransa, İspaniya, Tayvan və digər ölkələrdə dronlardan dezinfeksiya işlərinin aparılmasında geniş istifadə olunur.