Şəkidə yük avtomobilləri toqquşdu


Digərləri 31 Mar 2020 13:08:00 117 0

Şəkidə yük avtomobilləri toqquşdu

Son.az Trend-ə istinadən bildirir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şəki şəhərində "Ford" və "KamAZ" markalı iki yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan " Ford" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.