Artıq çəkili insanlar koronavirusu daha ağır keçirir


Digərləri 31 Mar 2020 12:20:00 107 0

Artıq çəkili insanlar koronavirusu daha ağır keçirir

Rusiyalı alimlər koronavirus və piylənmə arasında əlaqəni müəyyən ediblər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "İzvestiya" xəbər yayıb.

Məlumata görə, yoluxucu və xroniki xəstəliklər zamanı bədən kütləsi indeksi insanın yaşaması ilə birbaşa əlaqəlidir: indeks nə qədər yüksək olsa, ürək-damar xəstəliyi və ya ikinci tip diabet xəstəliyinə tutulma ehtimalı bir o qədər çox olar.

Virusoloqlar və dietoloqlar piylənmə ilə bağlı problemi olan insanlarda COVID-19 epidemiyasının gedişatının daha ağır olacağını düşünürlər.