Vatikan kardinalı koronavirusa yoluxub


Dünya 31 Mar 2020 12:32:00 133 0

Vatikan kardinalı koronavirusa yoluxub

Vatikanın kardinallarından birində yeni növ koronavirus infeksiyası aşkarlanıb. 

Son.az APA-ya istinadən bildirir ki, bu şəxs 66 yaşlı italiyalı kardinal Ancelo De Donatisdir. 

O, bazaar ertəsi yüksək hərarətlə Romanın "Jemelli" xəstəxanasına gətirilib. 

Hazırda kardinalın ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 

Qeyd edilib ki, o, Papa Fransislə, eləcə də yaxın ətrafı ilə təmasda olmayıb.